Ayağı ağırmış Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ayağı ağırmış

Ayağı ağırmış xatirələrin,
Qapımı açantək ölü düşürəm.
Kədəri çağırmış xatirələrin,
Sənsizlik dərdimi bölüb düşürəm.

Itirə bilməmiş yağışın səsi,
Könlümün məhəbbət təranəsini.
Bitirə bilməmiş zülmün nəfəsi,
Gölümün azadlıq tərsanəsini.

Aydınlıq qışqırıb haray salsa da,
Sükutun içində səssizlik yatar.
Ayrılıq qızıldan saray alsa da,
Yenə də hayıma sənsizlik çatar.
01.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu