Ay zalım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ay zalım

Səni gördüm, uçalandı
Yaralı qəlbim yaman.
Deyirlər eşq ucalandı,
Qiyməti verər zaman.

Sanırdım ki illər boyu,
Çəkdiyim zülm bitib.
Demə elə yanmışam ki,
Torpaqda külüm itib.

Üzbəsurət gələndə biz,
Nə danışaq, nə dinək.
Qəfildən dönüb geriyə,
Qığılcımdan diksinək.

Ayrılaraq su başında,
Əl üzümü yuyum mən.
Eh, əzizim bu yaşımda,
Vəsli necə duyum mən.

Ağır imiş daş ayağı,
Bu məhəbbət quşunun.
Yatızdıra kaş oyağı,
Aparıbdır huşumu.

Dayan, özümə gəlirəm,
Indi-indi a zalım.
Oyan ,ö zümə gəlirəm
Dindi-dindi xəyalım.
09.08.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu