Ana qəlbi övlad üçün mayakdır,
Gecələr də dinclik bilmir, oyaqdır.
Nə yaxşı ki atan mənə dayaqdır.
Niyə belə namərd çıxdın, ay oğul.
Nahaq idin sən, haqq ilə döyüşdün,
Pis aşıq tək ustadınla döyüşdün.
Sən ananı bir gör kimə dəyişdin,
Şair könlü niyə sıxdın, ay oğul.
Indi mənə uzaq deyil ölüm də,
Asta-asta ləpələnir gölüm də.
Özgəsini yandırırdı çölüm də,
Iç dünyamı niyə yıxdın, ay oğul.
Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!