Ağ geyimdə, keçimdə
Səni necə seçim də,
Bax, dumanın içində,
Mən dayanıb durmuşam.
Özüm xəyal atında,
Göyün yeddi qatında.
Buludların altında,
Özümə yurd qurmuşam.
Allah, çoxalt yaxşını,
Əlvan eylə naxşını.
Çəkəmmirəm baxşımı,
Ayamı vurulmuşam?!
Kayıt Tarihi : 18.3.2020 12:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!