Ay insafsız, necə qıydın, de necə,
Göz yaşımı yağış təki çiləyim.
Xatirimə dəyibdilər bu gecə,
Ölüb sənə qovuşmaqdır diləyim.
Aman allah, uşaq kimi küsmüşəm,
Yaxınıma qoymaram ki kimsəni.
Elə bil ki göydən indi düşmüşəm,
Eh, bu qədər uzaq saldı kim səni.
Buruq-buruq yollarına qurbanam,
Allı-güllü xalısını neynəyim.
Üzaq düşən qollarına qurbanam,
Bu həyatın sarısını neynəyim.
Sarı rəngi heç sevmirəm əzəldən,
Nə olsun ki sarışınam, sarıyam.
Indi daha seçilmirəm xəzəldən,
Qəm dağının buza dönmüş qarıyam.
Əriməyim çətin daha baş tuta,
Bir də gözə görünməz ki günəşim.
Gözlərimi od-alovlu yaş tutar,
Tək özümü qarsıyacaq atəşim.
Kayıt Tarihi : 30.4.2018 07:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!