Ay bextever Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Ay bextever

Ay qəlbimdə yatıb duran bəxtəvər,
Rahatdımı yerin, söylə, istimi?
Aşiq könlüm dərdin desin nə təhər?
Görmürsənmi, ay insafsız, tüstümü?

Yetər daha, ürəyimi köz etdin,
Bir balaca yanlışımı yüz etdin,
Elə dedim, belə dedim söz etdin,
Anlamadım doğrudumu , nəsdimi…

Cavan yaşda saçlarıma ağ çəkdin,
Düşmənlərin çörəyinə yağ çəkdin…
Gündə yüz yol bu bağrıma dağ çəkdin(((
Bircə dəfə o daş qəlbin əsdimi?

Adamı da belə üzmək olarmı,
Sevir deyə qırmaq , əzmək olarmı?
Bir bu qədər naza dözmək olarmı?
Daha məndə səbir yoxdu….bəsdimi?((

İndi daha peşmanlama yalandan ,
Görək sənə dərs olurmu olandan?
Dincəldinmi ayrılığı salandan?
Bu eşq bizdən ümidini kəsdimi?

Bir gün gələr…bürünərsən qaraya..
Çağırarsan….Gələn olmaz haraya….
Peşmanlığın çətin işə yaraya,
Ha bəzəsən gül çiçəklə üstümü …

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!