Axtarıram men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Axtarıram men

Nə geysə yaraşır düzü payıza,
Qurbandır libasın yüzü payıza.
Səs-küylü qatardan üzü payıza,
Düşən gəncliyimi axtarıram mən.

Həmdəmi varıydı sevgi adında,
Üzdə təbəssümü sevgi dadında.
Təpədən dırnağa sevgi odunda,
Bişən gəncliyimi axtarıram mən.

Gözünün önündə nəm xatirələr,
Həm özü yox olar, həm xatirələr.
Tutubdur üzünü qəm xatirələr,
O şən gəncliyimi axtarıram mən.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu