Səhərin şehini güləcə axıt,
Dərdini-qəmini seləcə axıt.
Nə sən göz yaşını beləcə axıt,
Nə mən qurutmağa dəsmal axtarım.
Adsızlar içində məşhur oluram,
Cavabsız tənlikdə məhcul oluram.
Ilahi, nədəndir məcbur oluram,
Ayrılıq çölündə vüsal axtarım.
Ötüşən illərə eh, yetəmmərəm,
Görünən zirvəyə tək gedəmmərəm.
Qocalıq çağımda həll edəmmərəm,
Məsələ çətindir, misal axtarım.
Hissdən, həyəcandan gərilmirəm ki,
Xalça tək yerlərə sərilmirəm ki.
Günəşin nurunda görünmürəm ki,
Qaranlıq gecədə hilal axtarım.
Gözümü-könlümü sıcaq açıram,
Sanki soyumayan ocaq, açıram.
Dostumu görəndə qucaq açıram,
Düşmənə əbədi zaval axtarım.
Kayıt Tarihi : 7.1.2023 19:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)