Göy talanı orman bilsən,
Hər sözümü fərman bilsən,
Vüsalımı dərman bilsən,
Onda məni axtararsan.
Bülbül həsrətdən ağlasa,
Dənizə dönüb çağlasa,
Qəlbin qəmdən buz bağlasa,
Onda məni axtararsan.
Dərdin gözün oya bilsən,
Ayrılıqdan doya bilsən,
Qəmi tənha qoya bilsən,
Onda məni axtararsan.
Kayıt Tarihi : 14.6.2018 09:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!