Damlası qəlbimə yönələn oxdur,
Havasın alıram ötən illərin.
Ilanı yuvadan çıxaran çoxdur,
Qurbanı oldun sən sitəm dillərin.
Üzümü həsrətin yağışı yuyur.
Gözlərim gözündə baxışı duyub.
Ürəyin yad üzdə naxışa uyub.
Dadıma çatmadı o xan ellərin.
Fələk hey zalımı boynuna alar,
Hicranı, həsrəti oynuna alar.
Səni də, məni də qoynuna alar,
Gur gələr dağlardan axan sellərin.
Payızmı qoxuyur şerimin sətri,
Saralıb solubdur güllərin çətri.
Daha duyulmayır qızılgül ətri,
Xoş xəbər gətirmir yaxan yellərin.
Ildırım səmada çaxılı qalıb,
Səmanın yaxası yaxılı qalıb.
Ayın işığına taxılıb qalıb,
Günəşə həsədlə baxan tellərin.
Kayıt Tarihi : 26.5.2022 08:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!