Avqustun son günü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Avqustun son günü

Sakit okeanda adalaşaq gəl,
Istəsən dostlaşıb qudalaşaq gəl.
Avqustun son günü, vidalaşaq gəl,
Altnış yaş yubileyim sinəndə qaldı.

Həsrətdən çırpınan könül səsiydi,
Məhəbbət elinin təranəsiydi.
Bir zaman qəlbimin şahzadəsiyidi,
Ürəyim ağ atı minəndə qaldı.

Üzümü tuturam qadir Allaha,
Könlüm qəm, gözüm nəm olmasın daha.
Qocalıb gedirəm üzü sabaha,
Cavanlıq çağlarım dünəndə qaldı.

Lil ilə dolubdur çayın axarı,
Bu selin olacaq, vallah, çıxarı.
Qaçaraq qalxmışdı üzüyuxarı,
Xəyalım zirvəni enəndə qaldı.

Yenə qan ağlayır tar ilə kaman,
Yenə də baş verir qəlbimə daman.
Aradan su kimi axsa da zaman,
Gözlərim yenə də,eh, səndə qaldı.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu