Sən mənim gözümü yaşlı eylədin,
Mən sənə qıymazdım bu yas-matəmi.
Vüsala yolumu daşlı eylədin,
Nədən mənə qıydın bunca sitəmi.
Titrəyən ürəyim şamı söndürər,
Qoymaz ki pərvanə yansın boşuna.
Zəmanə arzusu kamı öldürər,
Qıymaz ki yaşamaq gəlsin xoşuna.
Yenə də xəyalı qanadlandırır,
Rahatlıq verməyir küləyin səsi.
Közərən ocağı alovlandırar,
Atəşin istisi,ürəyim, bəsin.
Kayıt Tarihi : 4.5.2018 18:40:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!