Atası naməlum körpəyə bənzər,
Uçulub tökülmüş körpüyə bənzər.
Otluqda gizlənən kirpiyə bənzər,
Oxunu qəfildən atar ayrılıq.
Üzr istəyirəm soruşmaq üçün.
Zalım xislətinə yovuşmaq üçün.
Hicrana əbədi qovuşmaq üçün,
Gecəni gündüzə qatar ayrılıq.
Ağappaq rəngini saflıqdan alıb,
Duman dərələrə bəyaz tül salıb.
Bilsə ölümünə bircə gün qalıb,
Sonuncu kamına çatar ayrılıq.
Kiməsə bicə xoş deməyib dili,
Vüsalın adını dəftərdən silib.
Gecəni özünə pasiban bilib,
Zülmətin qoynunda yatar ayrılıq.
Oxucum, şeiri ürəyinə yaz,
Keçməsin həyatın sönük və ayaz.
Öhdəsindən gəlməz nə Kür,nə Araz,
Inşallah, Xəzərdə batar ayrılıq.
Sevinc Arzulu
Kayıt Tarihi : 18.5.2025 09:39:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!