Atamın sevdiyi qadın. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Atamın sevdiyi qadın.

Eşqini ucuz tutmadı,
Xatirəni uyutmadı.
Bir an belə unutmadı,
Dilində qalıbdır adın.
Atamın sevdiyi qadın.

Sakitim, dincim-çağırır,
Mirvarim, incim -çağırır.
Mənim sevincim-çağırır,
Qisməti oldun sən yadın.
Atamın sevdiyi qadın.

Rəsmin qəlbə nəqş edərdi,
Qəlb açmağa məşq edərdi.
Xoş duyğular bəxş edərdin,
Nədən oldun minor ladı,
Atamın sevdiyi qadın.

Atəşi,közü gülərdi,
Söhbəti, sözü gülərdi.
Qaraca gözü gülərdi,
Səndin şəni,səndin şadı.
Atamın sevdiyi qadın.

Təşəkkür et sən Xalıqa,
Dönmədin susuz balığa.
Öyrəşdinmi tənhalığa,
Indi kefin,de, əladı?
Atamın sevdiyi qadın.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2023 15:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu