Ata Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ata

Gəlib çatdın son mənzilə,
Sənə qurban özüm,ata.
Hansı əl göz yaşım silər.
Sənsiz necə dözüm,ata.

Yoxluğuna inanmıram,
Sədaqətdə sınanmıram.
Ayrılığa donammıram,
Hələ yanır közün,ata.

Hiss etmirəm,yaram isti.
Acı yellər yaman əsdi.
Ölüm qarşımızı kəsdi,
Hicran oldu bizim,ata.

Qəbrin üstdə gül bitsə də,
Ölüm vüsala yetsə də.
Hamının izi itsə də,
Itməyəcək izim,ata.

Sənsiz çətin dayanaram.
Şam tək oduna yanaram.
Həmişə səni anaram,
Budur sənə sözüm,ata.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu