Həsrətə hicranı sevgili yarkən,
Ürəyə gedən yol ağappaq qarkən,
Vüsal ağacının meyvəsi varkən,
Eh, nədən vuruldum mən yarpağına.
Meşə xışıltısı al nəsim olub,.
Bulaq zümzüməsi bal səsim olub.
Sonunda bir parça təbəssüm olub,
Qondum ayrılığın qəm dodağına.
Xəyalım səmada çərpələng kimi,
Qüssə hücum edər ağ pələng kimi.
Rəngarəng qanadlı kəpənək kimi,
Astaca toxundum nəm yanağına.
01.05.2018.
Kayıt Tarihi : 2.5.2018 08:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/02/astaca-toxundum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!