Eh, biz nədən ayrıldıq,
Bal yuxudan ayıldıq.
Sevgi ilə ayrılıq
Sən demə diz-dizəymiş.
Ay mənim məhəbbətim,
Bax, budur həqiqətim.
Şax olsa da qamətim,
Dizlərimi duz əymiş.
Gahdan könül alanım,
Gah dərd-qəmə salanım.
Sevməz ki heç yalanı,
Eşqin meyli düzəymiş.
Kayıt Tarihi : 1.11.2019 15:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!