Halına yanandır bəndəniz, dostum,
Gözləri sayrışan nur dəniz dostum.
Müqəddəs arzumdur ay əziz dostum,
Başına gəlməsin eşq olayları.
Arxanı söykəyib ona dayasan,
Sanarsan özün də sanki qayasan.
Gərək təpələri bir-bir sayasan,
Keçilməz olubdur eşq dolayları.
Kədər buludundan leysan olacaq,
Altında islanan insan olacaq.
Oxucum,sanma ki asan olacaq,
Çətindən çətindir eşq qolayları.
29.08.2019
Kayıt Tarihi : 2.9.2019 07:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!