Göz-gözə gəlincə gözdən vuruldum,
Sənin gözlərinin qarasıdır eşq…
Görəndə anladım, qəlbim yarımmış…
Qəlbimin səndəki parasıdır eşq…
Sevincə gözlərim alışdı nəmə…
Ömürlük dost oldum kədərə- qəmə…
Sevincə doğuldum başqa aləmə …
Bilmədim dünyanın harasıdır eşq…
Yarama duz basdın öz əllərinlə…
Yandırıb oynadın sən küllərimlə …
Gətirdin sonumu əməllərinlə…
Bilməzdim bir belə yorasıdı eşq….
Məni tərk etdiyin o gündən bəri,
Darıxır qəlbimin sən olan yeri…
İndi gəl…. ovut bu xatirələri,
Könlümün qanayan yarasıdır eşq…
Dünyanın eşqləri boşmuş, yoxladım..
Ümidi Tanrıya, haqqa bağladım,
O biri tərəfə pənah saxladım….
Bəlkə də ölümdən sonrasıdır eşq….
Eşq-aşk
Qarasıdır-karasıdır
Qəlbim-kalbim
Harasıdır-neresidir
Darıxır-özlüyor
Ovut-avut
Yoxladım-denedim
Kayıt Tarihi : 12.1.2025 23:29:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!