Ağac başın əyməli gətirdikcə bolluca bar,
Bəs niyə lovğalanır hey özünü öyür o yar.
Gözucu boylanıram, yaxınımıda deyilmi xar,
Qorxuram ki sevgimiz qəfil aşikar olacaq.
Qalmayıb ürəyimdə nə bir dözüm, nə də taqət,
Bilməzdim bunca əzab verər bizə eşq-məhəbbət.
Amandır uca Tanrım,sən özün eylə mərhəmət,
Düşərək səhralara səfil,ov-şikar olacaq.
Məni haqsız sayanı düşsün Yarəb, ağır dərdə,
Necə də zülm eyləyir xain namərd fağır mərdə.
Düzərək yalanları salır insanı kəməndə,
Sonunda ədalətsiz vəkil peşəkar olacaq.
Kayıt Tarihi : 13.12.2021 07:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/13/asikar-olacaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!