Coşqun dəniz olarıq,
Lap ağbəniz olarıq.
Qar tək təmiz olarıq,
Bəyazlığın fonunda.
Danış yar nağılını,
Eşit,xar, nağılını.
Bizim qar nağılının,
Alma düşər sonunda.
Yeyər, içər, bəsələnər,
Geyinibən süslənər,
Həzin nəğmə səslənər,
Vüsalın şən tonunda.
Güclənər badi-səba,
Yol gözləyər el-oba.
Sən qoca Şaxta Baba,
Yarın Qar qız donunda.
Gözəllikdən zövq alaq,
Ötənlərdəb söz salaq.
Şairə asın qulaq,
Arzusu çox onun da...
Kayıt Tarihi : 7.1.2023 18:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!