Arzuların ən gözəli
Kədərlidir
Kişilərin
"Qadınlar nə istəyir?"-sualına
Cavab axtarması qədər...
Qadını
Heç nə istəməyə qoymayın...
Qadınların ən gözəli
Bir şüşə qırmızı şərabın
İlk qədəhindəcə xatırlanandır...
Ağladar
Ağladar
Ağladar kişini...
Günahdır, anlayacağın
Kiminsə gözündə ən gözəl sevgilər
Və bir də uçurum kimidir
Üstü örtülmüş...
Nə varsa
O uçurumun dibində var....
Gərək bu başdan sonrasını düşünməyəsən...
Qadınların
"Kişilər nə istəyir?"-deyə
Düşünmədiyi kimi...
Hediyye Şefaqet
Kayıt Tarihi : 19.8.2017 06:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hikayesi:
Uzun bir hikaye
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!