Bar verməz ki söyüdüm,
Boşa getməz öyüdüm.
Ürəyimdə böyüdüm,
Arzularım körpədir.
Hava yaman dumanlıq,
Qurda qalar yamanlıq.
Çaş-baş oldum bir anlıq,
Ah, bu necə zərbədir.
Dağlar, az çək eşməni,
Qurudarsan çeşməni.
Baş qaldırır düşmənim,
Deyən yolu hərbədir.
Sözdən-gapdan kalandır,
Qiyamətə qalandır.
Içdiyi and yalandır,
Eh, ətimi ürpədir.
Kayıt Tarihi : 1.5.2022 15:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!