Arvadım Ve Uşağı Şiiri - Mehemmed İbrahim

Mehemmed İbrahim
22

ŞİİR


0

TAKİPÇİ

Arvadım Ve Uşağı

Arvadımla aram pisdir,
Keçmiş ürəyində izdir.
Fikirlər beynində gizli,
İndi eşq küləkləri əsmir.

Mənsə sadəlöv adam,
Dünyaya gəldiyimə görə şadam,
Başqa heç nə..
Mən, artıq arvadıma yadam,
Yad olduğum üçün rahatam.

Yenə bir gün oyandım səhərə,
Günəş çıxıb şərqdən.
İndi qalmayıb insanlarla mənim aramda
Bircə fərq də..
İnsanlar sadə..
Və mən sadə..

Arvadım çıxır evdən, son zamanlar yaxşılaşıb.
Xoşbəxtlik ürəyində
Demək olar ki
Aşıb daşır.
Beləsini görməyəndə insan
İnanın ki çaşıb qalır.
Sevdiyim qadın ürəyimdə itib batıb.
Elə bil ki namusunu satıb artıq..

Bax budur, gəlir uzaqdan "arvadım, və uşağı"..

Əllər yazır, yolsa azıb.
Qəlb kimsəsiz, mənlik kasıb....
Məni görəndə gözlərini heyrətlə açıb,
Qabağımda alçalıb..

Mehemmed İbrahim
Kayıt Tarihi : 17.9.2021 21:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Mehemmed İbrahim