Artır hesretin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Artır hesretin

Hicranla görüşə ləngiyirsə də,
Vüsalnan döyüşdə “Cəng”deyirsə də.
Gündüzlər bir qədər səngiyirsə də,
Gecələr ağrısı artır həsrətin.

Qapqara zülmətdir arxası,önü.
Ulduzu yox olub,günəşi sönüb.
Bu qoca yaramaz uşağa dönüb,
Ayrılıq əlindən dartır həsrətin.

Ağlatsa bir daha güləmməzsən heç,
Izlərin qəlbindən siləmməzsən heç.
Dadmasan,özün də biləmməzsən heç,
Yaxşıdır,ya pisdir sortu həsrətin.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 06:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu