Üzümlərin tanış gəlir,
Böylə, kimin öynəsisən.
Düzümlərin tanış gəlir.
Söylə, kimin meynəsisən.
Mənim deyil, sən yadınsan,
Yaman adam aldadırsan.
Yeyəmmirəm, al dadırsan,
Sən günahın meyvəsisən.
Xar saralıb solmayacaq,
Qəmdən saçın yolmayacaq.
Heç bir zaman dolmayacaq,
Fələyin boş heybəsisən.
Burax daha qeylü-qalı,
Anladamam sən tək kalı.
Mən arının şanı balı,
Sən arının iynəsisən.
Qəlb sözünü yaza qadın,
Söz içində aza qadın.
Mən müasir, azad qadın,
Fikirlərin köhnəsisən.
Kayıt Tarihi : 25.2.2021 05:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!