Bol fərəh gərəkdir kədəri yıxa,
Həsrəti əridə, hicranı sıxa.
Nə düşə bilmirəm, nə də ki çıxa
Gözlə qaşın arasında qalmışam.
Dəmirəm ki il ötdükcə paslanam,
Dünya vəhşi, mən də dişi aslanam.
Qorxuram ki sonda yaman islanam,
Nəmlə yaşın arasında qalmışam.
Üzümü çevirim yan, danışmayım.
Işinə-gücünə heç qarışmayım.
Səninlə barışım, ya barışmayım
Iki daşın arasında qalmışam.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/arasinda-qalmisam.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!