Heç bilmirəm nə tipsən sən,
Boş olmayan bir cibsən sən.
Deyən, yeni qripsən sən,
Aşkım, məndən aralı gəz.
Nə yaraşır bizə seyran,
Al çöllərə oldum heyran.
Üzə durub ahu-ceyran,
Qoşa buynuz maralı gəz.
Xoş ahəngli olamazsan,
Major zəngli olamazsan.
Hər vaxt rəngli olamazsan
Bir az da ağ-qaralı gəz.
Qaranlıqdan eymənib də,
Sonu çatdı heybənin də.
Umsunduğun meyvənin də,
Vaxtı keçər, saralı.Gəz.
Dərdə səbəbin deyiləm,
Dostun, həbibin deyiləm.
Daha təbibin deyiləm,
Get , könlündən yaralı gəz.
Kayıt Tarihi : 8.4.2020 09:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!