Aralı geder Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Aralı geder

Insan sına bilər yorğunluğundan,
Ikiyə bölünər yoğunluğundan.
Sənin pəncərənin tutqunluğundan,
Mənim pəncərəm də qaralıb gedər.

Həsrət hicranını təzə tapıbdır,
Dalınca neçə yol at da çapıbdır.
Təbəssüm bağında tufan qopubdur,
O məxmər gülüşlər saralıb gedər.

Yadımdan çıxmayır yar, gülüşlərin,
Hamıdan gizlincə bağ görüşlərin.
Hicrana gedən yol hey genişlənir,
Sənə gedən yollar daralıb gedər.

Ey zalım, nə yaman günə qalmışam,
Fələkdən zamanı güclə almışam.
Əziyyət çəkib də bir bağ salmışam,
Meyvəsi dəyəndə xar alıb gedər.

Sanırdım işığı, nuru sönübdür,
Deyəsən qismətin özü çönübdür.
Sevdanın gör necə üzü dönübdür,
Mənə yaxın düşməz, aralı gedər.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.8.2020 06:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu