Ar isterem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ar isterem

Dərdimi tez anlayan,başa düşən yar isrərəm.
İsti bir yay günündə narın yağan qar istərəm.
Su yoxdur,saralıbdır yaşıl bağlarım,nə edim,
Necə əvvəlki kimi bağlarımdan bar istərəm.

Yalnız kədər gətirir sənə sevilmək,ey könül
Mən nə bülbül istərəm,nə rəqibi-xar istərəm.
Sevgimi bildirməyə belə hünərim çatmayır,
Qəlbini ovlamağa şahin istər,sar istərəm.

Axır bir gün canımdan bezib getməkçün dünyadan,
Bircə anda qanıma tə`sir edən mar istərəm.
Qışın oğlan çağında mən dərdindən xəstələnsəm,
Alma-armud,heyva yox bir turşməzə nar istərəm.

Dözməyib bu dünyanın ürək sıxan kədərindən,
Dilimi lal,gözümü kor,qulağım kar istərəm.
Gözüm yoxdur heç kimin qızılında,gümüşündə
Nə lə`li-cəvahirat,nə dövləti-var istərəm.

Düşünmə bəyənmirəm sən aldığın hədiyyəni,
Belə gözəl libasın yaxasını dar istərəm.
Sevincəm,öz eşqimə sadiq qalaram həmişə,
Sevdiyim insanda da namus,qeyrət,ar istərəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu