Neçə gündür başımdan,
Çıxmayır nədən ölüm.
Nədir məni qorxudan,
Nədir çəkdiyim zülüm.
Yuxularım qarışır,
Nədən mənim hər gecə.
Yer ilə göy barışır,
Tənha qalmışam necə.
Dəfn eyləyin atamın.
Yanındaca məni siz.
Harayıma çatanım,
Darıxıb yəqin mənsiz.
Deyərsiniz bir zaman,
Burda şair yaşardı.
Əcəl vermədi aman,
Könülləri oxşardı.
Yaxınlarım,əlvida
Sağ ol çəməni.çölüm.
Vətənə edim vida,
Məni apardı ölüm.
Kayıt Tarihi : 11.6.2018 10:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!