Apara Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Apara

Gəmirər içimi dadlı şübhələr,
Görən kiminlədir, görən təkmidir.
Gözümün önündə adlı lövhələr,
Haqqımda dediyi söz titrəkmidir?

Eh, saya oturmuş gəmi kimiyəm,
Sahilə atmışdır dalğalar məni.
Hələ də gözünün nəmi kimiyəm,
Imisti yağışlar yırğalar məni.

Ürəyim saralmış zəmidir, vallah
Yoxdur bir kimsəsi biçə, apara.
Könlümü incidən qəmidir, vallah
Qəlbimin qanını içə, apara.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu