Apar yanına Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Apar yanına

Bezmişəm dünyadan.bezmişəm daha,
Ay ata,gəl apar məni yanına.
İnamım yox mənim gələn sabaha.
Ay ata,gəl apar məni yanına.

Küsmüşəm dünyadan,küsmərəm səndən,
Könlüm ayrı düşüb güllü çəmənədn.
Niyə tez ayrıldın.niyə tez məndən,
Ay ata,gəl apar məni yanına.

Qəmli günlərimdə səni anıram,
Sənsizlik əlindən alovlanıram.
Dərd əlindən hey alışıb yanıram,
Ay ata,gəl apar məni yanına.

Ölüm haqdır.düzmü deyib atalar?
Atasız dünyanın nə mənası var.
Könlüm səni arar,gözüm axtarar,
Ay ata,gəl apar məni yanına.

Bircə bileydim ki nədir günahım,
Göylərə yüksəlir naleyi-ahım.
Təkcə səndin hər vaxt mənim pənahım,
Ay ata,gəl apar məni yanına.

Könlüm gülməz,qəlbim gülməz heç sənsiz,
Bu dünyanın toy-düyünü puç sənsiz.
Bir yol gülsəm.günahımdan keç,sənsiz.
Ay ata,gəl apar məni yanına.

Mən Sevincəm,bezmişəm bu dünyadan,
Bir yanım qanmazdır,bir yanım nadan.
Günahımdan keçsin məni yaradan,
Ay ata,gəl apar məni yanına.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu