Sevdiyinə əbədilik sən yarsan,
Xar sözünə-söhbətinə sən karsan.
Əgər bilsəm zirvəsində sən varsan,
Duman-duman sürünərəm dağlara.
Dostum, uyma heç yamyaşıl dollara,
Nəzər yetir əlvan rəngli kollara.
Hey baxaram sən gəldiyin yollara,
Güman-güman bürünərəm çağlara.
Bilirsənmi nədir əsl səadət,
Sevgisinə ömür boyu sədaqət.
Əzizimdən yalnız ülvi məhəbbət,
Uman –uman görürünərəm, ağlaram.
Kayıt Tarihi : 14.7.2023 10:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!