1 Temmuz 1997 - Telavi, Gürcistan
Çevrilsin milâdlar, bir baxsın Ankara’ya
Ki, vətən sevdasına yetmədi söz, tabir.
Sönmüş ıldırımlar qalxsın o an haraya,
Üstündə fikriyyat dəryası Anıtkabir.
Şuursuzun bi-xəbərdir hissi arına,
Kölgən yetərli lazımlı intisarına,
Zərbələr vurmaq üçün Türklük hisarına
Hədəfi fikriyyat dəryası Anıtkabir.
Hürriyyət yolunda axtarsa bir əlacı,
Qan üçün yegânə yenə qandır möhtacı.
Soruşulsa əğər əsrin millî ruh tacı
Sübutdu fikriyyat dəryası Anıtkabir.
Kayıt Tarihi : 10.7.2023 14:43:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Ergün Ucatürk](https://www.antoloji.com/i/siir/2023/07/10/anitkabir-9.jpg)