Anıtkabir Şiiri - Ergün Mamedov

Ergün Mamedov
29

ŞİİR


5

TAKİPÇİ

Anıtkabir

Çevrilsin milâdlar, bir baxsın Ankara’ya
Ki, vətən sevdasına yetmədi söz, tabir.
Sönmüş ıldırımlar qalxsın o an haraya,
Üstündə fikriyyat dəryası Anıtkabir.

Şuursuzun bi-xəbərdir hissi arına,
Kölgən yetərli lazımlı intisarına,
Zərbələr vurmaq üçün Türklük hisarına
Hədəfi fikriyyat dəryası Anıtkabir.

Hürriyyət yolunda axtarsa bir əlacı,
Qan üçün yegânə yenə qandır möhtacı.
Soruşulsa əğər əsrin millî ruh tacı
Sübutdu fikriyyat dəryası Anıtkabir.

Kaynakça
MAMEDOV, E. (2020). Başbuğ’a Məktub. Kollektif, Türkçülerden Başbuğ’a Mektuplar (s. 44-48). Genç Atsızlar.

Ergün Mamedov
Kayıt Tarihi : 21.12.2020 20:01:00
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ergün Mamedov