Ağlayan gözünə baxmayıb getdin,
Yalvaran sözünə baxmayıb getdin.
Ağına-bozuna baxmayıb getdin,
Apardın özünlə qəlb sevincini.
Dağı necə aşsın, təpə bilməyən,
Dənizdə boğular ləpə bilməyən.
Oğlunu doyunca öpə bilməyən
Yaralı ananın qəlbi incimir?
Qaranlıq gecədə ah, nələr çəkdi,
Gözünü günəşli səhərə dikdi.
Fələk necə qıyıb torpağa bükdü,
Ananın qiymətli dürrü-incini
25.01.2018
Kayıt Tarihi : 5.5.2018 08:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!