Anam, hardasan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Anam, hardasan

Sən sanki göylərdən enmiş bir mələk,
Bəxtin qara yazdı amansız fələk.
Qayit gəl,kədəri səninlə bölək,
Həsrətdən az qalır donam,hardasan.
Başına döndüyüm anam, hardasan.

Sən mənə ömürlük etmisən zülüm,
Alışıb yanıram,görünmür külüm.
Bircə anam vardı, apardı ölüm,
Büstünü əlimlə yonam, hardasan.
Başına döndüyüm anam, hardasan

Niyə dərdli etdin bircə qızını,
Sən daha çəkməzsən nəvə nazını.
Qarlı qış eylədin güllü yazını,
Saçları ağarmış sonam,hardasan.
Başına döndüyüm anam,hardasan.

Neçə ildir itirmişəm Atamı,
Ətri qalan bir qızılgül butamı.
Qoy ruhunuz bağışlasın xatamı,
Ordusu məhv olmuş xanam, hardasan.
Başına döndüyüm anam, hardasan.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu