ANA HAQQINDA DASTAN
(Zərifə xanım Əliyevaya)
Fəxri Xiyabanda tunc abidəsi,
Uzaqlara baxar Zərifə xanım.
Əskik olmaz üstündən gül dəstəsi,
Qəlbi oda yaxar Zərifə xanım.
Bu dünyada gözəl mələk yaşardı,
Cüt övladı onun qoşa qanadı.
Yer üzünü nuru ilə oxşardı,
Üşüyərdi eşidəndə qan adı.
Istəməzdi müharibə,hərb olsun,
Anaların gözü yaş ilə dolsun.
Istəməzdi dünya qana qərq olsun,
Gənc ömürlər tez tükənsin,tez solsun.
Kipriyiylə od götürər analar,
Nəfəsiylə qızar doğma ev-eşik.
Nəsillərə od ötütər analar,
Sona qədər çəkər yurduna keşik.
Ana Vətəninə xidmət edərdi,
Zərifə xanımın Əziz atası.
Hara göndərsələr ora gedərdi,
Hamıdan mehriban,əziz atası.
Övladlıq borcunu verib hər zaman,
Doğma ocağına nur gətirərdi.
Pislərə,pisliyə verməzdi aman,
Yaxşılıq ziyasın gur gətirərdi.
Zərifəydi ən istəkli uşağı,
Tellərini zərif-zərif hörərdi.
Göz önündə canlandırıb uzağı,
Gözəl qızın ağ xalatda görərdi.
Zərifə onunçun parlaq inciydi,
Yaxşını-yamanı tezcə seçərdi.
Oxumaqda həmişə birinciydi,
Kursdan-kursa “əla”ilə keçərdi.
Zərifə xanım bir alim qızıydı,
Göz həkimi olmaq idi arzusu.
Ilahinin xoşbəxtlik ulduzuydu,
Bol vermişdi bərəkətin,ruzisin.
Gör neçə insanın gözünü açdı,
Neçə min ürəyə sevinc bəxş etdi.
Qaranlıq dünyaya parlaq nur saçdı,
Qəmli könüllərə fərəh nəqş etdi.
Onun fərəhinin hər zərrəsindən,
Bu geniş kainat ala büründü.
Xəyalın möhtəşəm mənzərəsindən,
Zülmət də qorxaraq geri süründü.
Zərifə xanımdı çox gözəl insan,
Qapılar bağlansın,qoymazdı ki o.
Həkim-cərrah olmaq deyildir asan,
Kimsəyə korluğu qıymazdı ki o.
Sevinib özünün xoş əməlinə,
Işıqlı dünyadan zövq də alardı.
Cərrah bıçağını alıb əlinə,
Xeyirxah işindən şövq də alardı.
Şəri qovub xoşbəxtlik haylayardı,
Sevinərdi hamı ilə birgə o.
Xəstələrə bol işıq paylayardı,
Qoymazdı ki qalsın gözdə kölgə o.
Bir dost kimi danışardı hamıyla,
Çətinə düşənə əl də tutardı.
Fəxr edərdi Sevili,İlhamıyla
Evdə yorğunluğun o,unudardı.
Qoşa övladına mehriban ana,
Ömür-gün dostuna bir arxa-dirək.
Həyatın yaşadı o.yana-yana
Indi yoxluğuna inanmır ürək.
Heydər Əliyevin həyat yoldaşı,
Ulu öndər necə sevirmiş səni.
Sən idin ən yaxın dostu,sirdaşı
Sevgisi mələyə çevirmiş səni.
Sənin yoxluğundan keçsə neçə il,
Yenə də yşardın lal ürəyində.
O,səni heç zaman unudan deyil,
Yoxluğun bir qara xal ürəyində.
Bu tunc abidənin öz əlləriylə,
Örtüyün götürdü o aqil insan.
Bəzədi məzarın tər güllər ilə,
Əzizin itirmək deyildir asan.
Vermədi könlünü bir başqasına,
Əbədi sevgiyə sadiq də qaldı.
Bir gün də qovuşdu haqq dünyasına,
Sənin yanındaca xəyala daldı.
Bütün analar tək olardı xoşbəxt,
Görəndə övladın yaxşı gününü.
Anayçun,nənəyçün əsil səadət,
Eşitsin nəvənin bal səs-ününü.
Nə yaxşı dünyada nəvə də gördü,
Ürəyi dəniz tək ləpələndi də.
Al-əlvan güllərdən dəstə də hördü,
Bütün yer üzünə səpələdi də.
Indi sağ olsaydı çox sevinərdi,
Oğlunun sevinci onun sevinci.
Həzin nəğmə kimi deyib-dinərdi,
Hər sevinc yaşı da solmaz bir inci.
Nənəlik hissini müqəddəs saydın,
Indi oğlunun da cüt nəvəsi var.
Ay Ana.sənin də gözlərin aydın,
Babadır,onlarla bir nəfəs alar.
Ruhu qanad çalır göydə mələk tək,
Azad ölkəmizi fərəhlə süzür.
Yaşayar könüldə gözəl dilək tək,
Əbədi dünyada tapacaq hüzur.
Məzarın üstünə tez-tez gələrək,
Zərifə xanım,biz səni yad edək.
Xatirən önündə baş da əyərək,
Ruhunu daima şaddan şad edək.
Demə dünya fani,həyatsa boşdur.
Şirin arzularla yaşa dolmusan.
Prezident anası olmaq çox xoşdur,
Belə gözəl ada layiq olmusan.
İndi tək dərdimiz doğma Qarabağ,
Bir gün də alınar öcümüz bizim.
Əgər ki sülh ilə geri almasaq,
Hərbiyə vardır çox gücümüz bizim.
Tezliklə Qarabağ geri alınar,
Qaçqınlar qayıdar el-obasına.
Qələbə marşımız orda çalınar,
Vətənim bürünər toy libasına.
Oğlunla fəxr edir can Azərbaycan,
O,cavan yaşında müdrik bir rəhbər.
Xalqa xidmət etsin o gözəl insan,
Adı atası tək dillərdə əzbər.
Kayıt Tarihi : 20.6.2018 07:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!