Itirdin dost, yoldaşını,
Sinəmə qoy sən başını.
Silim, axan göz yaşını,
Ana , ağlama, ağlama.
Alçaq muradına yetib,
Düşmən dediyini edib
Bir bax, neçə iğid gedib,
Ana, ağlama, ağlama.
Haqqın yolu dözümlədir,
Atəşimlə, közümlədir
Bax, qələbə bizimlədir,
Ana, ağlama, ağlama.
Vurmur qəlbi,susub dili,
Ötüb ayı, gəlib ili,
Dost bilərsən qərənfili,
Ana, ağlama, ağlama.
O qorudu doğma yurdu,
Torpağının üstdə durdu.
Düşmən kürəyindən vurdu.
Ana, ağlama, Ağlama.
Oğullarım daavadadır,
Raketlərim havadadır
Şəhid ruhu səmadadır,
Ana, ağlama, ağlama.
09.10.2020.
Kayıt Tarihi : 22.10.2020 06:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!