Amansız heyat Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Amansız heyat

Ötən günlərimin sapsarı izi,
Ömrün vərəqinə lövhələr çəkər.
Elə əsib coşar xəyal dənizi,
Sanki həyatıma ləl-gövhər əkər.

Bürünər taleyin tül pərdəsinə,
Uzaqdan qaranlıq saçıb da gedər.
Boylanıb qismətin pəncərəsinə,
Günəşi görəndə qaçıb da gedər.

Sınıq ürəyimin parçalarından,
Özünə yurd-yuva qurubdur, heyhat.
Ağlayan ümidin rəng çalarından,
Libas da tikdirib amansız həyat.
15.09.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu