Amanın yokdur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Amanın yokdur

Sanardsan qüssəsiz, qəmsizliyim var,
Gözündə dumansız , çənsizliyim var.
Mənim gör nə boyda sənsizliyim var.
Sənin gələcəyə inamın yoxdur.

Bu necə ağıdır, bu necə oxşam,
Şəklinin önündə yandırram ağ şam.
Mən namaz qılıram hər səhər-axşam,
Sənin bircə damcı imanın yoxdur.

Ayrılıq insana yaxın gələrmiş,
Bilmir ki, xəlbiri çoxdan ələnmiş.
Nə olsun, saçların qara bələnmiş,
Eh, zirvə olsan da dumanın yoxdur.

Ağacım yox mənim, meyvəsin dərəm,
Qurudub çardağın üstünə sərəm.
Qalmadı dünyada heç Əsli-Kərəm,
Yaxşını dəfn etdin, Yamanın yoxdur.

Sonu puç olurmuş ilk məhəbbətin,
Ağrı-acısına dözmək çox çətin.
Eh,hanı əvvvəlki dözüm-taqətin,
Daha mənsizliyə amanın yoxdur.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.8.2020 06:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu