Amane meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Amane meni


Göy buludlar narın qarı ələyə,
Qar qız kimi məni ağa bələyə.
Neynəmişəm bilməm zalım fələyə,
Qoydu ox yerinə kəmanə məni.

Kim deyir ki mən bəxtimdən yarıdım,
Qəm ipini kələf-kələf sarıdım.
Gənc yaşımdan qüssə çəkdim.qarıdım,
Tez qocaltdı nədən zəmanə məni.

Azalsın kədərim,azalsın ahım,
Toy-şənlik gətirsin gələn sabahım.
Ay Allah,yanında varsa günahım,
Bağışla bir anda,amanə məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu