Tək qoymadın qardaşını,
Dostunu, həm sirdaşını.
Eyni olsun baş daşınız,
Dost birlik umandı, dədə.
Həyat, acı həqiqətin
Hüzrdə olmadın mətin.
Rastlaşarıq bir də çətin,
Görüşməl gümandı, dədə.
Burda neçə can ağlayır,
Qızarmamış dan ağlayır.
Buludlar da qan ağlayır,
Hava sis- dumandı, dədə.
Söndürdün ocaq-közünü.
Yandırdın özün –özünü,
Deməyib də son sözünü,
Gözünü yumandı dədə.
Karvan-karvan dəvələrin,
Aparıbdı gəbələri.
Şirin-şəkər nəvələrin
Üstünə cumandı, dədə.
Bilmədinmi əlacını,
Qardaşlar çəkər acını.
Ağlar qoydun cüt bacını,
Ayrılıq yamandı, dədə.
Taleyinin üzü dönüb,
Həyatının nuru sönüb.
Qara rəng qatara dönüb,
Şütüyən zamandı, dədə.
Bu nə dərddir, ey Allahım,
Səmaya ucalar ahım.
Qorxuram, üşüyə ruhun,
Yel vurar, amandı, dədə.
Dünya sanki qara zülmət,
Insan oğlu çəkir zillət.
Tanrı eyləsin min rəhmət,
Vaxt-vədə tamamdı, dədə.
Kayıt Tarihi : 1.6.2021 06:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!