Qurban olum gözlərinin məstinə,
Bilməyirəm heç onların qəsdi nə.
Niyə durub görən mənim qəsdimə,
Veribdir qətlimə fərman,gözlərin.
Gələr yenə xoşbəxt,kədərsiz dəmim.
Yaşıl sünbüllərlə doludur zəmim.
Sənsiz batar sularda arzu gəmim,
Ola mənim üçün liman gözlərim.
Gül-çiçəklə doludur çöl-çəmənim,
Çiçəklərdir yağış altda çimənim.
Gül üstündə parıldayar şəbnəmim,
Xəstəyəm,dərdimə dərman gözlərin.
Əzbərsən dilimdə əziz ad kimi,
Baxma gözlərimə sanki yad kimi.
Durub yollarımda bir cəllad kimi,
Verməyir heç kimə aman,gözlərin.
Sevinc bağda vüsal gülünü əkər,
Ona qulluq edər,nazını çəkər.
Niyə belə qan ağlayar,yaş tökər,
Qəm əlindən dolan zaman gözlərin.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!