Deyəsən, İlahi mənə rəhm edib,
Kağız parçasını qızıl səhm edib.
Yaralı könlümdə qəmi dəfn edib,
Sevinci, fərəhi bölən qadınam.
Ucaya qaldırıb məhəbbətimi,
Dünyaya göstərdim sədaqətimi.
Mən çoxdan atmışam əsarətimi,
Ağlına gətirmə kölən qadınam.
Bir gözüm ağlayır, bir gözüm gülür,
Başıma al-əlvan güllər tökülür.
Cavanlıq libasım pul-pul sökülür,
Amalı uğrunda ölən qadınam.
22.12.2020.
Kayıt Tarihi : 23.12.2020 06:33:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Başıma al-?lvan güll?r tökülür.
Cavanlıq libasım pul-pul sökülür,
Amalı uğrunda öl?n qadınam
Maaşallah.
Varlığınız yeter
Tebrikler
TÜM YORUMLAR (1)