Altundan keçer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Altundan keçer

Gəlişi-gedişi hey pusan yolum,
Görüb-gördüyünə lal,susan yolum.
Səni unutmağın ən asan yolu,
Sevən ürəyimin altından keçər.

Vüsalı qapıdan ötürmüsən sən,
Həsrəti əlinə götürmüsən sən.
O qədər bəhanə gətirmisən sən,
Yeddiyə az qalar,altıdan keçər.

Belə yaranıbdır əzəldən bəşər,
Ayrılmaz qardaşdır xeyir ilə şər.
Qiymətlər gah qalxar,gah da ki düşər,
Dünyanın hər işi altundan keçər.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!