Beynimdən hər an silinir hekayələr,
Ağlımda qalanlar ancaq xırda rəvayətlər.
Bəlkə yaşadıqlarım bir dəli hekayəsi,
Və ağlı yoran o ölüm səsi..
Yaddan çıxır artıq məhz xırda xatirələr də,
Zaman öz əksini tapır heçlikdə.
Baş verib məni qorxudan ölümlər,
Artıq məni qorxutmur kimsəsizlik də.
Ağlımda həyat bayrağı artıq son dəfə dalğalanır,
Mən gəzərkən küçələri, ürəyimə yağış yağır,
Ürəyimdəki həyat eşqi qaranlığa çulğalanır.
Və üzümdən "bilmədiyim" bir səbəbə görə lərzə yağır....
Kayıt Tarihi : 17.9.2021 12:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Mehemmed İbrahim](https://www.antoloji.com/i/siir/2021/09/17/altsheymer.jpg)