Altmış yaşlı Sevince Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Altmış yaşlı Sevince

Qırdın artıq altmış yaşın belini,
Külək oxşar indi bəyaz telini.
Ümidlərin, arzuların boy atıb,
Hər sözün, hər söhbətin bir bayatı.

Sən əzəldən şairtək doğulmusan,
Qafiyələr içində boğulmusan.
Qoymamısan heç işini sabaha,
Sığınmısan yalnız qadir Allaha.

Baş tacıdır sənə həm oğlun-qızın,
Ocaqları ətrafında sən qızın.
Əskik etməz Günəş səndən şüasın,
Dilindədir Tanrının xoş duası.

Nənə edib səni dəcəl Yusifin,
Qoy xoşbəxtlik olsun onun nəsibi.
Yaxşılıqlar arxan ilə sürürünər,
Müxənnətlər toz-dumana bürünər.

Addımlarsan yavaş-yavaş yüz yaşa.
“Yox” deyərsən illər ilə savaşa.
Arzuların qızılgül tək gül açar,
Ətrafına ən gözəl ətir saçar...

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu