Zər- zibadan uzaq qaçdıq
Günəş kimi işıq saçdıq.
Qəfil gözümüzü açdıq,
Gördük altmış yaşımız var.
Musiqi səslənir, aman,
Qan ağlayır tarla kaman.
Öyrədə bilməyib zaman,
Həyatda xam, naşımız var.
Yükləməyək beynimizi,
Kim açacaq eynimizi.
Gəl qoruyaq çiynimizi,
Eh, üstündə başımız var.
30.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/30/altmis-yasimiz-var.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!